Günün istənilən vaxtında mütəmadi olaraq xəstəxanalardan, sağlamlıq mərkəzlərindən vətəndaşların nömrələrini taparaq onlara zəng edib nömrələrinin uduşa daxil olduğunu, onların çalışdığı sağlamlıq mərkəzlərində endirimli qiymətə müayinə oluna biləcəkıərini qeyd edirlər. Bəzən bu nəinki təklif israr xarakteri alır. Bəs görəsən həmin qurumlar bu nömrələri necə əldə edirlər? Mütəmadi olaraq vətəndaşları narahat edən bu şirkət işçiləri barədə haraya və necə şikayət etmək lazımdı? Ən maraqlısı onlar vətəndaşların nömrələrini necə əldə edirlər?
Mövzu ilə bağlı Medianews.az-a danışan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Rəşad Əliyev bildirib ki, müxtəli şirkətlər, klinikalar tərəfindən nömrələrin hansısa formada əldə olunaraq mesajlar və ya zənglər edilməsi ilə bağlı vətəndaşlar tərəfindən narazılıqlar olur.
“Ancaq təəssüf ki, qanunvericilikdə bunu tənzimləyən, yəni bunu qadağan edən hər hansısa norma yoxdur. Bəlkə də gələcəkdə reklam haqqında qanuna və ya hər hansı normativ hüququ haqqlara onunla bağlı dəyişiklik edilərsə, yəni hanısa məsuliyyət müəyyən olunarsa o halda biz deyə bilərik ki, bununla bağlı qadağan edilmiş norma var. Hazırda belə bir norma yoxdur. Məsələn sizə göndərilən esemes, zəng vasitəsi ilə hanısa hüquqa zidd əmələ, yəni dələduzluğa məruz qalırsınızsa o halda zəng və ya mesaj göndərən nömrə sahibi məsuliyyətə cəlb oluna bilər. Ancaq qaldı daha öncə də qeyd etdiyim kimi reklam, dəvət xarakterli olur ki, endirim var, check up(ümumi) müayinəyə 30 faiz endirimlə daxil ola bilərsiniz və sair. Yəni bu şəkildə hər hansısa təklif varsa, hüquqa zidd hansısa hərəkət baş vermirsə həmin şəxslərin məsuliyyətə cəlb olunması mümkün deyil”, – deyə Rəşad Əliyev açıqlayıb.
Nailə QASIMOVA