AZ

Ukrayna ilə bağlı Trampın komandasında FİKİR AYRILIQLARI VAR - NBC telekanalı

ABŞ prezidenti Donald Trampın müşavirləri və onun administrasiyasının digər üzvləri Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı fikir ayrılığına düşüblər.

“İki sahil” xəbər verir ki, bu barədə NBC News öz mənbələrinə istinadla xəbər verir.

Mənbənin sözlərinə görə, fikir ayrılıqları Rusiya və Ukraynaya təzyiq məsələsi ətrafında yaranıb.

Donald Trampın milli təhlükəsizlik müşaviri Mike Valtz və Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Rusiya hakimiyyətini güzəştə getməyə sövq etmək üçün Amerikanın təzyiq vasitələrindən istifadə etməyi təklif edirlər. Digər nümayəndələr isə münaqişəni tez bir zamanda dayandırmağa məcbur etmək üçün Ukraynaya yardımın kəsilməsini müdafiə edirlər. Bu mövqeyi tənqid edənlər hesab edirlər ki, bu, Ukraynanı effektiv şəkildə tərksilah edəcək.

Seçilən
3
ikisahil.az

1Mənbələr