AZ

Zelenski Ukraynanın müharibədəki itkilərini açıqladı

Rusiya ilə müharibədə təxminən 45100 ukraynalı həlak olub. 

Azreform.info xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, müharibə zamanı 400 minə yaxın yaralanıb.

"Elə insanlar var ki, yaralanıb, lakin sonra cəbhə xəttinə qayıdıb yenidən yaralanıb", - prezident  vurğulayıb.

Zelenski əlavə edib ki, müharibədə əsir götürülən və itkin düşən ukraynalıların dəqiq sayı məlum deyil. "Minlərlə insanın taleyi bəlli deyil", - o bildirib. 

Mürtəza
Azreform.info

Seçilən
1
azreform.info

1Mənbələr