AZ

Marsda daha bir UNİKAL KƏŞF

NASA-nın "Perseverance" kəşfiyyat aparatı Marsda heyrətamiz kəşflərini davam etdirir. Kosmik gəminin yeni kəşfini "unikal" adlandırmaq olar. Mütəxəssislər Marsdan toplanan yeni nümunələrin fərqli olduğunu müəyyən ediblər.

Sözügedən nümunə “Perseverance” tərəfindən toplanmış 26-cı nümunə “Silver Mountain” adlı qaya parçasıdır. Nümunə kəşfiyyat aparatının üzərindəki xüsusi boruda saxlanılacaq və gələcəkdə planetimizdəki laboratoriyalarda araşdırılacaq.

NASA-nın "Mars 2020" missiyası çərçivəsində planetdən çoxlu müxtəlif nümunələr toplanıb. Məqsəd planetin geoloji prosesləri və tarixi haqqında daha yaxşı məlumat əldə etmək və keçmişdə Qırmızı Planetdə həyatın olub-olmadığını qiymətləndirməkdir

Nümunələr Yerə necə gətiriləcək?

NASA bildirir ki, toplanan nümunələr 2035-2039-cu illər arasında Yerə qayıda bilər. Lakin kosmik agentlik materialın necə dönəcəyinə hələ qərar verməyib. Qərarın 2026-cı ildə açıqlanacağı gözlənilr.  NASA-nın keçmiş rəhbəri Bill Nelson deyib: “İki mümkün yol NASA-ya Marsdan nümunələri orijinal planla xərc və vaxta qənaət etməklə qaytarmağa imkan verəcək”.

“Percy” ləqəbli kəşfiyyat aparatı “Perseverance” ilk dəfə 2021-ci il fevralın 18-də Marsa enib və bir vaxtlar mikrobioloji həyat üçün uyğun bir yer hesab edilən Qırmızı Planetin Jezero Krateri bölgəsində araşdırmalarını davam etdirir. İndiyə qədər, “Percy” Krater Floor, Fan Front, Upper Fan və Margin Unit adlı dörd elmi mərhələni tamamlayıb. Beşinci mərhələ Şimali Rim adlanır. Çünki "Percy"nin marşrutu Jezero kraterinin cənub-qərb hissəsinin şimal hissəsini əhatə edir. Kəşfiyyat aparat bu geoloji əhəmiyyətli ərazilərdən çoxlu sayda nümunələr toplayır.

NASA-nın saytında kəşfiyyat aparatının yerini və yolunu izləyən interaktiv xəritəyə görə, “Percy” indiyədək 20 mildən çox yol qət edib. Kosmik gəmi ərazini araşdırarkən, əsas qazma maşını ilə nümunələr toplayır və həmin nümunələr titan borularda saxlanılır.

NASA-nın Elm Missiyası direktoru Nikki Foks deyib: "Bu, həm də bizi Marsa ilk insan kəşfiyyat qrupunu təhlükəsiz şəkildə göndərməyə hazırlayır".
“Perseverance” Marsa 43 boru ilə gedib. Bunlardan 38-i nümunə toplamaq üçün, 5-i isə missiya boyu nümunə götürmə sisteminin təmizliyini sənədləşdirmək üçün nəzərdə tutulmuş “şahid boruları” üçün istifadə olunur.

"Mars 2020" missiyası NASA-nın Marsın Kəşfiyyat Proqramının bir hissəsidir və Qırmızı Planeti kəşf etməyi hədəfləyir.

Vüsal Cahanov, “İki sahil”

Seçilən
1
ikisahil.az

1Mənbələr