Azərbaycanın aparıcı investisiya şirkətlərindən biri olan ASSIST Finance, Bakı Fond Birjasının (BFB) üzvlərin renkinqində 2025-ci ilin yanvar ayına nailiyyətlərlə dolu bir nəticə ilə damğa vurdu.
FED.az xəbər verir ki, şirkətimiz cəmi bir ay ərzində 1,084,386,703 AZN dövriyyə həyata keçirərək BFB-nin üzv şirkətləri arasında 3-cü sırada yer aldı. 399 əməliyyat sayı ilə bazardakı aktivliyini və liderliyini bir daha təsdiqlədi.
Bu nəticə yalnız bir il ərzində iki dəfədən çox artımı ifadə etmir, eyni zamanda ASSIST Finance-in müştərilərinə təqdim etdiyi etibarlı investisiya həllərinin və bazardakı möhkəm mövqeyinin bariz göstəricisidir.
Yüksəlişin böyüklüyünü göstərmək üçün bir il əvvələ nəzər salaq:
Yanvar 2024 – 116 əməliyyat, 519,807,893 AZN dövriyyə
Yanvar 2025 – 399 əməliyyat, 1,084,386,703 AZN dövriyyə
Dövriyyədə 108% artım !
Əməliyyat sayında 3.4 dəfə yüksəliş !
Bu, ASSIST Finance-in müştəriləri üçün ən əlverişli maliyyə və investisiya həllərini təqdim etmə siyasətinin uğurlu nəticəsidir.
Bu göstəricilər təkcə cari dövr üçün deyil, ASSIST Finance-in bazardakı uzunmüddətli strategiyasının və davamlı böyüməsinin göstəricisidir.