AzEdu.az Təhsil Portalı ölkə üzrə aktiv və nümunəvi işi ilə fərqlənən müəllimləri geniş ictimaiyyətə daha yaxından tanıtmaq məqsədilə xüsusi layihə həyata keçirib.
Layihə çərçivəsində örnək müəllimlərin peşə davranışları və yenilikçi pedaqoji yanaşmaları haqqında informativ materiallar hazırlanaraq ictimaiyyətə, xüsusilə təhsil camiəsinə təqdim olunur.
Paralel olaraq bu məlumat Portalımızda hazırlanan bölmədə öz əksini tapır. “Örnək müəllimlər” bölməsində öz peşə fəaliyyəti zamanı tətbiq etdiyi modern tədris metodları, təhsilalanların intellektual inkişafında önəmli rol oynayan yenilikçi addımları ilə seçilən və müəllimlərin işə qəbulu, sertifikasiya imtahanlarından yüksək nəticə əldə etmiş müəllimlər yer alıb.
Fəaliyyət coğrafiyası Dağlıq Şirvan regionunu əhatə edən həmin 10 müəllimin siyahısı:
1.Zamin Allahverdiyev - İsmayıllı rayon İstisu kənd tam orta məktəbində direktor və Kimya müəllimi;
2.Qumru Həmidova - İsmayıllı şəhər Ağahüseyn Aslanov adına 2 saylı tam orta məktəbin Biologiya müəllimi;
3.Çinarə Abuzərova - Qobustan şəhər Elyar Vəliyev adına 2 nömrəli tam orta məktəbdə (lisey) Azərbaycan dili və ədəbiyyat müəllimi;
4.Ülviyyə Rəhimova - Polad Mirzəyev adına 5 saylı tam orta məktəbdə Texnologiya müəllimi;
5.Şahin Gənciyev - İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin coğrafiya müəllimi;
6.Sevlanə Xalıqova - V.Məmmədov adına Çiyni kənd tam orta məktəbində İbtidai sinif müəllimi;
7.Afət Balaqardaşova - Qobustan rayon Şikar Şikarov adına Sündü kənd tam orta məktəbində Tarix müəllimi;
8.Ruxsarə Məmmədova - Şamaxı Avropa liseyində Azərbaycan dili və ədəbiyyat müəllimi;
9.Əhliman Tapdıqlı - Xəlilli kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi;
10. Günay Baratova - Şamaxı Avropa liseyində İngilis dili müəllimi.