AZ

Şagirdlərin 8 layihəsi “Sabahın alimləri” müsabiqəsinin finalına vəsiqə qazanıb

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri tərəfindən hazırlanan 8 innovativ layihə “Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsinin final mərhələsinə vəsiqə qazanıb.

Bu barədə idarədən AzEdu.az-a məlumat verilib.

Bildirilib ki, müsabiqənin final mərhələsində Şəki rayonundan 3, Oğuz rayonundan 2, Qəbələ, Qax və Balakən rayonlarının hər birindən isə 1 layihə iştirak etmək hüququ əldə edib.

Qeyd edək ki, “Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsi hər il ABŞ-da keçirilən ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə milli seçim turudur. Müsabiqənin əsas məqsədi yuxarı sinif şagirdlərinin (IX - XI) elmi-texniki yaradıcılığa sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsinin təmin edilməsi, bu sahədəki fəaliyyətlərinin stimullaşdırılması, elmi-tədqiqat və yaradıcılıq potensialı olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması, ali təhsil müəssisələri və elmi təşkilatlarla ümumtəhsil məktəbləri arasında əlaqələrin genişləndirilməsi və seçilmiş şagirdlərin beynəlxalq müsabiqəyə göndərilməsindən ibarətdir.

 

Seçilən
5
1
azedu.az

2Mənbələr