Hazırda İranda 19 milyona yaxın insan 170 min hektar ərazini əhatə edən təhlükəli və qeyri-sabit binalarda yaşayır.
Bu sözləri yollar və şəhərsalma nazirinin müavini Əbdülrza Qolpayqani deyib.
"Bu binaların heç bir əsaslı təməli və quruluşu olmadığına görə,ehtimal ki, 4-5 bal gücündə zəlzələ zamanı dağılacaqlar",- o xəbərdarlıq edib.
Bununla eyni vaxtda Tehran Yanğından Mühafizə İdarəsinin başçısı Qədrətullah Məhəmmədi də oxşar xəbərdarlıq edib.
O, Tehran şəhərində hökumət idarələrinin yerləşdiyi binaların 50%nin təhlükəli olduğunu və problemin həlli üçün vəsait ayrılmadığını bildirib.
Eyni halda Tehran Şəhər Şurasının üzvü Mehdi Pirhadi də paytaxtda 35 min təhlükəli və istifadəyə yararsız binanın olduğu barədə xəbərdarlıq edib.
"Bununla balı bizdə elə məlumatlar var ki, vətəndaşlar oxusa gecə qorxudan yata bilməyəcəklər",- o, vəziyyətin açıqlanan rəsmi hesabatlardakından daha təhlükəli olduğunu vurğulayıb.
visiontv.az