Xəbər verildiyi kimi 9-cu sinif şagirdi məktəbdə qəfil dünyasını dəyişib. Hadisə Mingəçevir şəhərində yerləşən İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbdə baş verib.
Bizim Media-nın əldə etdiyi məlumata görə, məktəbin 9-cu sinif şagirdi Yusifov Yusif Yaşar oğlu tənəffüs zamanı dəhlizdə gəzərkən qəflətən yıxılıb. Ətrafda olan şagirdlər müəllimlərinə xəbər ediblər. Hadisə yerinə Təcili tibbi yardım briqadası çağırılsa da, məktəblinin həyatını xilas etmək mümkün olmayıb.
Məktəbdən Bizim.Media-ya verilən məlumata görə, Y. Yusif bir neçə ay öncə ürək əməliyyatı keçirib. Bu səbəbdən o, idman dərslərindən azad olunub.
Qeyd edək ki, yeniyetmə əslən Kəlbəcər rayonunun Susuzluq kənd sakinidir və Mingəçevir şəhərinin Tərəvəzçilik savxozunda yaşayırmış.
O, ailənin yeganə övladı olub.
Leyla Vəfadarqızı, Bizim.Media, Aran bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta