AZ

Alimlər qocalmanı ləngidən vasitəni açıqladı

Alimlərin apardığı araşdırma nəticəsində məlum olub ki, Omeqa-3-ün müntəzəm qəbulu bioloji qocalmanı ləngidir. Metbuat.az xəbər verir ki, bu barədə Harvard universiteti və Sürix universitetinin tədqiqatçılarının da daxil olduğu beynəlxalq elmi qrup araşdırma aparıb. 3 illik araşdırmada 777 yaşlı isveçrəli iştirak edib. Araşdırma nəticəsində məlum olub ki, gündə bir qram Omeqa-3 vitamini qəbul edən insanlarda bioloji qocalma, qəbul etməyənlərlə müqayisədə azalıb. Alimlər D vitamini əlavələri qəbul edən və həftədə ən az 3 dəfə 30 dəqiqə idman edən insanların daha çox fayda əldə etdiyinə diqqət çəkiblər. Digər tərəfdən, tədqiqatçılar Omega-3 ehtiva edən pəhrizlərin faydalı olduğunu ortaya qoyublar.

Araşdırmanın nəticələri Nature Aging jurnalında dərc olunub.

Seçilən
4
metbuat.az

1Mənbələr