AZ

"Oksana ilə razılığa gəlmişik ki..." - VİDEO

Aparıcı Şəhriyar Əbilov oğlu Osman və keçmiş həyat yoldaşı Oksana Rəsulova ilə münasibətlərindən danışıb. Axşam.az xəbər verir ki, "Xəzər axşamı" verilişində qonaq olan Şəhriyar övladına görə münasibətlərini qoruduqlarını deyib:

 

"Aramızda razılıq var ki, oğlumuzun üzünü çox göstərməyək. Hərdən elə olur ki, 1 saniyəlik üzünü göstərim. Bacardığım qədər onunla vaxt keçirirəm. Oğlumun anası (aktrisa Oksana Rəsulova – red.) zəng vurur ki, Şəhriyar, Osman deyir gəlsin məni aparsın “playstation” oynamağa. Cavab verirəm, baş üstdə. Osmanın 6 yaşı var. Sağ olsun ki, anası ata-oğul münasibətinin nə qədər vacib olduğu çox gözəl başa düşür. Hər şeyin öz yeri var. Oğlum zəng vurur deyir ki, anam qoymur, sən icazə verirsən internetdə oyun oynayım? Şükür Allaha ki, hər şeyin yeri qorunur. Osman bizdən heç zaman neqativ görmür".

 

Qeyd edək ki, Oksana və Şəhriyar 2021-ci ildə evli olduqlarını açıqlayıb, 2022-ci ildə isə ayrılıblar.

 

Tarix: 5 Fevral 2025, 14:25   
Seçilən
4
pravda.az

1Mənbələr