AZ

İsveçdə məktəbdə atışma nəticəsində 11 nəfər ölüb

İsveçin Örebro şəhərində "Campus Risbergska" təhsil mərkəzində baş verən atışmada 11 nəfər həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsveçin “Aftonbladet” nəşri polisin hesabatına istinadən məlumat verib.

Qeyd edilib ki, qurbanların sayı arta bilər.

İstintaq hələlik terror motivini nəzərdən keçirmir.

Artıq hücumçunun evində axtarış aparılıb. Hücumun motivləri müəyyən edilməyib.

Məktəbdə atışma fevralın 4-də  bir çox tələbənin dövlət imtahanlarını verdikdən sonra artıq məktəb binasını tərk etdiyi vaxt baş verib.

Seçilən
7
operativmm.az

1Mənbələr