AZ

Nissan və Honda-nın birləşmə danışıqlarını dayandıracaqları bildirilir

*Nissan və Honda-nın birləşmə danışıqlarını dayandıracaqları bildirilir*

 

Yaponiyanın iki avtomobil istehsalçısı Nissan və Honda müqavilənin şərtləri ilə bağlı razılığa gələ bilmədikləri üçün birləşmə danışıqlarını dayandıracaqlar.

Marja xəbər verir ki, bu barədə Nikkei öz mənbələrinə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, şirkətlər onların hər birinin qiymətləndirilməsi ilə bağlı razılığa gələ bilməyib. 

Eyni zamanda, Honda Nissan-a onun törəmə şirkəti olmağı təklif edib, lakin o, bundan imtina etdi.

Şirkətlər Nikkei-nin yaydığı məlumatı təsdiqləməyib, danışıqların hələ də davam etdiyini bildiriblər. 

Danışıqların nəticələrinə dair rəsmi bəyanat, əvvəlcədən planlaşdırıldığı kimi, fevralın ortalarında veriləcək.

Xəbərlərdən sonra, Nissan səhmləri 4,9% ucuzlaşarkən, Honda səhmləri isə əksinə, 8,2% bahalaşıb.

Seçilən
25
marja.az

1Mənbələr