AZ

Rusiyadan Azərbaycanın vurulan təyyarəsi ilə bağlı AÇIQLAMA

Qazaxıstan Nəqliyyat Nazirliyinin AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı təhqiqatla bağlı dərc etdiyi hesabat ilkin xarakter daşıyır və insidentin səbəbləri ilə bağlı heç bir nəticəyə malik deyil.
Ucnoqta.az xəbər verir ki, Rosaviatsia Telegram kanalının məlumatına görə, nəticələr yekun hesabatda təqdim olunacaq.

“Azərbaycan Hava Yolları” QSC-nin (Azal) “Embraer 190” təyyarəsinin iştirakı ilə baş vermiş aviasiya qəzasının təhqiqatına dair Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən dərc edilmiş ilkin hesabat ilkin xarakter daşıyır və insidentin baş vermə səbəbləri ilə bağlı hər hansı nəticəni ehtiva etmir”, - deyə məlumatda bildirilir.

Rosaviasiya qeyd edib ki, komissiyanın işi davam edəcək və baş verənlərlə bağlı nəticələr yekun hesabatda təqdim olunacaq.

Çərşənbə axşamı Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-a məxsus təyyarənin Aktau hava limanı yaxınlığında qəzaya uğramasının səbəblərinin araşdırılması ilə bağlı ilkin hesabatı dərc edib.

Azərbaycan hökumətindəki rəsmi mənbə "Reuters" agentliyinə bir sıra yeni faktlar açıqlayıb. Açıqlamada bildirilib ki, Azərbaycan təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub. “Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş “Pantsir-S” raketinin qəlpəsi var”, - mənbə bildirib.

Seçilən
14
ucnoqta.az

1Mənbələr