Donald Tramp ABŞ-a immiqrasiyanı çətinləşdirməyə yönəlmiş bir sıra fərmanlar imzaladıqdan sonra hindular “asan vizanı” təmin edərək dua etmək üçün hindu məbədlərinə axışıblar.

İndex.az xəbər verir ki, Qucarat əyalətinin qərbindəki Əhmədabad şəhərində yerləşən, xalq arasında “Viza Tanrısı” kimi tanınan Çamatkari Hanuman məbədində nəzir verirlər.

Məbəd keşişi Vijay Bhatt “Times of India” qəzetinə deyib ki, onlar viza üçün müraciət edənlərdən pasportlarını tanrı Lord Hanumanın qarşısına qoymağı və sonra himni oxumağı xahiş edirlər.