AZ

Tramp İranı məhv etməklə hədələyir

Tramp

ABŞ Prezidenti Donald Tramp iranlı həmkarı Məsud Pezeşkianla görüşə icazə verib.

Reyting.az
-ın məlumatına görə, D. Tramp bu barədə çərşənbə axşamı Ağ evdə jurnalistlərlə söhbəti zamanı müvafiq bəyanatla çıxış edib.

İran prezidenti ilə görüş və ya birbaşa əlaqə barədə düşünəcəksinizmi,- sualına Tramp “hə” cavabını verib.

“Görəcəyik ki, İranla razılığa gələ bilək, yoxsa yox”, - Amerika lideri qeyd edib.

Tramp vurğulayıb ki, İranın nüvə silahı əldə etməsinə icazə verilə bilməz.

Trampdan ona və ya komandasının üzvlərinə qarşı sui-qəsd olarsa, İranın hansı nəticələrlə üzləşə biləcəyi də soruşulub. “Bunu etsələr, məhv olacaqlar. Bunu etsələr, məhv ediləcəklər, heç nə qalmayacaq”, - deyə Amerika lideri əlavə edib.

E. KAMAL
Seçilən
5
reyting.az

1Mənbələr