Bakı, 5 fevral, AZƏRTAC
İsrail təcili yardım avtomobillərinin sürətini artırmaq üçün smart işıqforları sınaqdan keçirir.
AZƏRTAC xəbər verir ki bununla bağlı İsrailin xəbər agentliyi (TPS-IL) məlumat yayıb. Bildirilib ki, ilkin testlər xəstəxanaya daşınma müddətində 40 saniyəlik azalma göstərib.
Rəsmilər hazırda layihəni ölkə daxilində genişləndirmək barədə düşünürlər.