AZ

Trampın Qəzza bəyanatları israilli nazirləri sevindirib

Bakı,TurkicWorld

ABŞ prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı deportasiya və işğal bəyanatları İsrailin ifrat sağçı nazirləri tərəfindən alqışlanıb.

TurkicWorld xəbər verir ki, İsrailin Maliyyə naziri Bezalel Smotrich, Tramp və Netanyahu ilə bağlı paylaşım edərək “Birlikdə dünyanı yenidən möhtəşəm edəcəyik” - deyə bildirib.

Enerji naziri Elo Koen, Trampın İran və Yaxın Şərqlə bağlı qərarlarının “rifahı təmin edəcəyini” iddia edərək, bu günü “tarixi səhər” adlandırıb.

Nəqliyyat naziri Miri Regev, Tramp və Netanyahunun “dünyanı daha yaxşı bir yerə çevirəcəyini” iddia edərək onları tərifləyib.

Mədəniyyət və İdman naziri Miki Zohar Tramp və Netanyahunu möcüzə yaradan liderlər kimi təqdim edib.

Qeyd edək ki, Qəzzanın artıq yaşanmaz vəziyyətdə olduğunu bildirən Tramp, fələstinlilərin oranı tərk etməkdən başqa çarəsinin olmadığını iddia edib.

“İnsanların Qəzzaya geri dönməməli olduğunu düşünürəm” – deyən prezident, həmçinin ABŞ-ın Qəzza zolağını ələ keçirəcəyini açıqlayıb.

Qəzzanı ələ keçirəcəyik - Tramp

Seçilən
10
turkic.world

1Mənbələr