Ukrayna Silahlı Qüvvələrinin əsgərləri arasında fərarilik hallarının sayını azaltmaq üçün Ukrayna ordusunun bəzi komandirlərinin dəyişdirilməsi zəruridir.
Herbiand.az bildirir ki, bunu Ukrayna Ali Radasının deputatı Yuri Kamelçuk “Novosti.Live” telekanalının efirində deyib.
Kamelçuk hərbi hissələrin icazəsiz tərk edilməsi hallarının necə azaldılması üsulunu açıqlayıb: “Müəyyən komandirlər dəyişdirildikdə hərbi hissələrin icazəsiz tərk edilməsi halları azalacaq. Komandirlər artıq çoxlu sayda digər döyüşçülərin onlara etibar etdiyi hərbçilərə çevrildikdə”.
Deputatın sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin bəzi veteranlarının müvafiq çağırışlarından sonra bir neçə yüz fərari geri qayıdıb. O vurğulayıb ki, bölmələri tərk etməyin əsas səbəbləri həyat qorxusu və komandanlığa inamsızlıqdır.
Bəxtiyar CƏFƏRLİ