AZ

"Gürcüstan, Ermənistan və Ukrayna USAİD-in “Demokratiyanın təşviqi”nə görə əziyyət çəkiblər"- Dövlət Dumasının sədri

“Ukrayna, Gürcüstan, Ermənistan və bir sıra başqa ölkələr ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) “demokratiyanın təbliği”ndən  zərər çəkib”.

News365.az xəbər verir ki, bunu Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib. Onun sözlərinə görə, Amerika agentliyi “demokratiyanın təşviqində” yardım edib:

"Bu yardımlar hesabına dünya ölkələrində vətəndaş fəallarının, seçki müşahidəçilərinin və jurnalistlərin hazırlanmasına yönəlmiş layihə və proqramların maliyyələşdirilməsi yolu ilə dövlət çevrilişləri hazırlanıb və təşkil edilib. Bu ölkələr sırasında Ukrayna, Gürcüstan, Moldova, Ermənistan, Qırğızıstan, Kuba, Nikaraqua, Venesuela və digər ölkələrin adını çəkmək olar. USAID-in son 10 ildə təkcə keçmiş sovet respublikalarına bu məqsədlə 2 milyard dollardan çox vəsait xərclədiyib. Bu məbləğin yarıdan çoxu Ukraynaya xərclənib”.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp dövlət katibi Marko Rubionu USAİD-in rəhbəri vəzifəsini müvəqqəti icra edən təyin edib. O da öz növbəsində xarici yardıma yenidən baxılması barədə Konqresə məlumat verib. Amerikalı sahibkar İlon Mask öz növbəsində USAID-i “ölməyə ehtiyacı olan” “cinayətkar təşkilat” adlandırıb. X sosial media saytındakı ayrı bir yazıda o, agentliyin “Amerikaya nifrət edən radikal sol marksistlərin ilan yuvası” olduğunu bildirib. Bundan əvvəl Qərb mediası ABŞ-ın digər ölkələrə yardımını dayandırmasından sonra Tramp administrasiyasının USAID-in 60-a yaxın yüksək rütbəli məmurunu məzuniyyətə göndərdiyini yazmışdı.

News365.az

Seçilən
1
news365.az

1Mənbələr