Pandemiya dövründə demək olar, 90% insanın tanış olduğu və məşhurlaşanAzitromisin antibiotikinin ağır əks təsiri açıqlanıb.
“Medicina” xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyinin Dərman və Tibbi Cihazların dövriyyəsinin Tənzimlənməsi Departamenti bu antibiotikin qəbulunun qəfil ölüm riskini iki dəfə artırdığını təsdiqləyib. Bu risk xüsusilə dərmanın istifadəsinin ilk beş günü ərzində artır.
Həkimlər xəstələrə azitromisin təyin etməzdən əvvəl elektrokardioqramma keçməyi tövsiyə edirlər. Eləcə də həkimlərə bu dərmanı ürəyisağlam insanlara təyin etmək bildirilib.
Əvvəllər rusiyalı mütəxəssislər xəbərdarlıq edirdilər ki, antibiotiklərin istifadəsi orqanizm və hətta insanların həyatı üçün çoxlu risklər yaradır.
Reanimatoloq Aleksey Karzinin bildirdiyinə görə, antibiotiklər düşünmədən istifadə edilərsə, müxtəlif mənfi reaksiyalara səbəb ola bilər.
Həkim-narkoloq Vitali Kholdin antibiotiklərlə spirti birləşdirməyin nə qədər təhlükəli olduğunu söyləyib. Antibiotik içilən gün spirtli içki qəbul edilməməlidir.
Aygün Musayeva