AZ

ABŞ Suriyadan bütün qoşunlarını çıxarır

ABŞ Müdafiə Nazirliyi bütün qoşunlarının Suriyadan çıxarılması planını hazırlamağa başlayıb. Bu barədə iki Pentaqon mənbəsi NBC telekanalına bildirib.

Onlar qeyd ediblər ki, ABŞ prezidenti Donald Trampın qoşunların çıxarılmasında maraqlı olması ilə bağlı bəyanatlarından sonra Pentaqona planın işlənib hazırlanması tapşırılıb. İndi Pentaqon rəsmiləri Suriyadan qoşunları 30, 60 və ya 90 gün ərzində çıxarmaqla bağlı plan hazırlamalıdırlar.

Mənbələrin bildirdiyinə görə, Trampın milli təhlükəsizlik müşaviri Mike Uoltz cümə günü Tampada Yaxın Şərqdəki vəziyyəti ABŞ-ın yüksək səviyyəli hərbi liderləri ilə müzakirə etmək üçün görüş keçirib.

Ağ Evin sözçüsü NBC telekanalına bildirib ki, Uoltz görüşdə Suriyadakı ABŞ hərbçilərinin sayının azaldılmasını müzakirə etməyib.

Seçilən
12
buta.media

1Mənbələr