AZ

ABŞ-da Quş qripi oğurluq və bahalaşmanı artırıb

Bakı,TurkicWorld

ABŞ-ın Pensilvaniya ştatında supermarketdən 100 min yumurta oğurlanıb.

TurkicWorld xəbər verir ki, Quş qripi epidemiyasının yumurta qiymətlərini artırması, oğurluq hadisələrinin də artmasına səbəb olub.

Fevralın 1-də Pete & Gerry's Organics adlı supermarketdə baş verən hadisədə oğrular pikapın arxasında olan 100 min yumurtanı aparıblar, oğurlanan yumurtaların bazar dəyəri isə 40 min dollar civarında qiymətləndirilir.

ABŞ-da quş qripi səbəbindən yumurta qiymətləri son bir ildə 65% artıb.

ABŞ Kənd Təsərrüfatı Departamentinə görə, 2025-ci ildə qiymətlərin əlavə 20% yüksələcəyi gözlənilir.

Ekspertlər hazırda virusun insanlara yoluxma ehtimalının çox aşağı olduğunu bildirirlər.

Seçilən
27
27
turkic.world

10Mənbələr