AZ

"Özümü aldadıb, günümü keçirirəm. Həyatdan küsmüşəm"

"Necə yaşayırsan? Bizə danış!"ın bu dəfəki qəhrəmanı Adilə Həsənovadır.

O, BBC-yə deyir ki, xəstə doğulmuş övladına 10 ildir tək baxır. Övladı xəstə doğulduğu üçün həyat yoldaşı onları atıb gedib.

O deyir ki, məhkəməm tərəfindən iki övladına 400 manat aliment kəsilsə də, həyat yoldaşına xatırladanda, ona 70 manat pul göndərir. O deyir ki, aliment kəsiləndən indiyədək kəsilmiş məbləği tam almayıb.

Adilə Həsənova hesab edir ki, ölkədə əlilliyi olan şəxslərə, xüsusilə uşaqlara baxanlara verilən yüz manat çox azdır.

O deyir ki, övladını yanında qoymağa adam tapmadığı üçün işləyə bilmir.

Aldığı müavinət isə ehtiyaclarını ödəməyə yetərli deyil.

Adilə Həsənova övladını həkimin məsləhət gördüyü qidalarla təmin edə bilmədiyi üçün təəssüflənir.

Videoya Youtube kanalımızda baxın

Seçilən
51
bbc.com

1Mənbələr