AZ

Rusiya Federasiyasının gecə hücumu: Xarkov və Xerson yaxınlığında itkilər

Fevralın 5-nə keçən gecə Rusiya aviasiyasının Ukraynaya növbəti hücumu nəticəsində Xersonun ətrafı Antonovkada 4 mülki şəxs və 3 polis əməkdaşı yaralanıb.

Herbiand.az xəbər verir ki, bu barədə Xerson Vilayət Prokurorluğu Facebook-da məlumat yayıb. "Partlayıcının atılması nəticəsində 4 mülki şəxs - 47, 48 və 54 yaşlı üç kişi və 48 yaşlı qadın yaralanıb. Polis əməkdaşları yaralıları təxliyə edərkən düşmən ikinci hücuma keçərək polis maşınına hücum edib. Nəticədə 3 hüquq-mühafizə orqanı əməkdaşının xəsarət aldığı bildirilir".

Xarkovun iki rayonuna pilotsuz təyyarənin hücumu nəticəsində bir nəfər yaralanıb. Xarkov hərbi administrasiyası rəhbəri Oleq Sinegubov Telegram kanalındfa yazıb: "Geran-2 PUA-nın vurması nəticəsində qeyri-yaşayış binasının dam örtüyü, memarlıq abidəsi zədələnərək yanıb. 49 yaşlı kişi xəsarət alıb".

O, həmçinin əlavə edib ki, şəhərdəki “təhsil müəssisəsinin yeddi binasının şüşələri” zədələnib.

Kiyevdə gecə saatlarında hava hücumu həyəcanı elan edilib. Bu barədə Kiyev meri Vitali Kliçko məlumat yayəb. "Paytaxtın sol sahilində hava hücumundan müdafiə qüvvələri fəaliyyət göstərir”.

Paytaxtda baş verəın partlayşların nəticələri barədə məlumat yoxdur.

Seçilən
8
herbiand.az

1Mənbələr