AZ

"Sabah" "Sumqayıt"la oyuna itkilərlə çıxacaq

"Sabah" futbol klubu Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununa çıxacaq.

 “Sabah” futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Sumqayıt”la ilk oyununa itkilərlə çıxacaq.

"Operativ Media" xəbər verir ki, paytaxt təmsilçisi bu gün Namiq Ələsgərov, İon İrasabal və Ayaz Quliyevin xidmətindən istifadə edə bilməyəcək. Sonuncu ötən həftə Azərbaycan Premyer Liqasının 21-ci turunun “Kəpəz”lə oyunundan əvvəl zədələnib və hələ oynamağa hazır deyil.

"Sabah" - "Sumqayıt" matçı bu gün Masazırdakı "Bank Republika Arena"da keçiriləcək və saat 18:30-da başlayacaq.

Seçilən
4
41
operativmedia.az

10Mənbələr