AZ

Netanyahu Trampa iki peycer verib

Netanyahu Trampa iki peycer verib. 

ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahunun görüşdən sonra Netanyahu Trampa iki  peycer verib. Bunlardan biri adi, digəri qızılla örtülmüş olub.

AzPost xəbər verir ki, bu barədə TASS baş nazirin ofisindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumatda həmçinin qeyd olunub ki, Tramp hədiyyəyə “böyük bir əməliyyat olub” deyərək cavab verib.

Xatırladaq ki, 2024-cü il sentyabrın 17 və 18-də Livanın müxtəlif ərazilərində peycerlər və radiolar partlamışdı. İki gün ərzində baş verən partlayışlarda 37 nəfər ölüb, üç mindən çox insan yaralanıb.

Yalnız bir neçə gün sonra İsrail Livanda peycerlərin və radioların kütləvi partlayışında iştirakını etiraf edib. Daha sonra Netanyahu bildirib ki, kommunikasiya avadanlıqları Avropada hazırlanıb. Təchizatçılar onları artıq “ölümcül doldurma” ilə təhvil veriblər. Mossad nümayəndələrinə qalan yalnız partlayıcıları işə salacaq “ölüm siqnalı” vermək olub.

Seçilən
0
azpost.info

1Mənbələr