AZ

Netanyahu “Hizbullah”a qarşı əməliyyatdan xatirə olaraq Trampa peycerlər hədiyyə edib

İsrailin baş naziri Benyamin Netanyahu fevralın 4-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşün əvvəlində ona “Hizbullah”a qarşı əməliyyatın xatirəsinə iki peycer hədiyyə edib.  

Herbiand.az xəbər verir ki, bu barədə TASS-ın müxbirinə İsrail hökuməti başçısının ofisinin müşaviri Dmitri Gendelman məlumat verib.

“Baş nazir Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampa adi və qızılla örtülmüş iki peycer hədiyyə edib”, - Gendelman deyib.

Baş nazirin ofisinin müşaviri bildirib ki, Tramp Netanyahuya cavabında “bu, böyük əməliyyat idi” sözlərini deyib.

Xatırladaq ki, 2024-cü il sentyabrın 17 və 18-də Livanın müxtəlif yerlərində rabitə cihazlarında, əsasən peycer və ratsiyada çoxsaylı partlayışlar baş verib. Hakimiyyət orqanlarının məlumatına görə, 37 nəfər həlak olub, 3 mindən çox insan yaralanıb. “Hizbullah” partlayışlarda İsraili günahlandırıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
0
herbiand.az

1Mənbələr