AZ

"İnter"in futbolçusu klubu tərk edəcək

"İnter"in hücumçusu Xoakin Korrea cari mövsüm başa çatdıqdan sonra klubu tərk edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, argentinalının "neradzurri" ilə müqaviləsi iyulda başa çatır və uzadılmayacaq.

30 yaşlı futbolçu azad agent olacaq və artıq adı açıqlanmayan bir neçə klub onunla müqavilə bağlamaqda maraqlıdır.

Xoakin Korrea 2021-ci ilin yayından "İnter"i təmsil edir.

Ümumilikdə, futbolçu Milan nəhənginin heyətində 82 oyun keçirib, 11 qol vurub və 7 məhsuldar ötürmə edib.

Seçilən
3
operativmm.az

1Mənbələr