AZ

Azərbaycanda 102 nəfər zəhərlənib, ölənlər var

Yanvar ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 102 nəfər qəbul edilib.

Mərkəzdən News24.az-a verilən xəbərə görə, şöbəyə qəbul edilən xəstələrdən 48 nəfər dərmandan, 19 nəfər sirkə turşusundan, 5 nəfər botulizmdən, 3-ü spirtli içkidən, 1-i qidadan zəhərlənən şəxslərdir.

Həmçinin 8 nəfər dəm qazından, 6 nəfər fosfor üzvi birləşmələrdən, 5 nəfər allergik reaksiyadan, 2 nəfər yandırıcı məhluldan zəhərlənmə, 5 nəfər anaflaksiya səbəbi ilə  şöbəyə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (kişi cinsli) dünyasını dəyişib.

Ölüm halları sirkə turşusu, allergik reaksiya zəhərlənmələrindən qeydə alınıb.

Seçilən
8
32
Doktorm.az

10Mənbələr