AZ

Britaniya freqatı modernləşmədən sonra sınaqlara çıxır

Britaniyanın “Type-23” sinfinin “Sutherland” freqatı dəniz sınaqlarına başlayıb.

Herbiand.az xəbər verir ki, 2020-ci ildən bəri davam edən işlər sayəsində gəmi 2030-cu illərə qədər tapşırıqları yerinə yetirməyə davam edə biləcək.

Sınaqlar zamanı yeni avadanlıqların real iş şəraitində müəyyən edilmiş xüsusiyyətlərə uyğunluğu yoxlanılacaq.

1997-ci ilin iyulunda istismara verilən “Sutherland” 2004-cü ildə sınaqlar zamanı 34 düyündən çox sürətə çatan “Type-23” freqatlarının ən sürətlisi kimi tanınır.

“Type-23” sinifli freqatların gövdəsinin uzunluğu 133 metr, eni 16 metrdir. İki turbinlə təchiz edilmiş gəmi 28 düyünə qədər sürət yığa bilir. Kruiz məsafəsi 7500 dəniz mili, ekipaj 185 nəfərə qədərdir. Əsas silahlanması 114 mm-lik artilleriya qurğusu, iki 30 mm-lik artilleriya sistemi, “Harpoon” gəmi əleyhinə raketlər, iki 324 mm-lik torpedo borusudur.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
10
herbiand.az

1Mənbələr