Metbuat.az xəbər verir ki, Türkiyə klubu istedadlı futbolçunun xidmətində maraqlıdır. Məlumata görə, “Fənərbaxça” “Slaviya Praqa”nın istedadlı futbolçusu El Hadji Malik Diufu heyətə qatmaq üçün hərəkətə keçib. Futbolçu 3 nəfərlik müdafiə sistemdə sol cinah müdafiəçisi mövqeyində oynaya bilir. Seneqallı ulduz bu mövsüm 30 matçda 6 qol və 4 məhsuldar ötürmə ilə diqqət çəkib. Diufun xidmətində Avropanın nəhəng klubları da maraqlıdır. Futbolçunun transfer dəyərinin 15 milyon avro olduğu deyilir. “Fənərbaxça” futbolçunu birdəfəlik almaq hüququ ilə icarəyə götürmək istəyir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta