AZ

Kanye Uest bu xəstəlikdən əziyyət çəkdiyini etiraf etdi

Dünya şöhrətli repçi və iş adamı Kanye Uest (“Ye” – yeni adı) autizmdən (üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beynin inkişafına maneə törədən bir pozğunluq – red.) əziyyət çəkdiyini açıqlayıb.

OLAY yazır ki, bu barədə sənətçi “The Download” nəşrinə verdiyi yeni müsahibəsində danışıb. 

Uest, əvvəllər ona bipolyar pozğunluq diaqnozu qoyulduğunu, lakin diaqnozun səhvən qoyulduğunu etiraf edib. 

Bu xəstəlik Kanyenin həyat yoldaşı Bianka Sensori sayəsində aşkarlanıb. 

O, əvvəllər bipolyar pozğunluqdan əziyyət çəkən insanlarla ünsiyyətdə olub və sevgilisinin davranışını müşahidə etdikdən sonra onun açıq-aydın fərqli problemi olduğunu görüb və Kanyeni mütəxəssisə göndərib.

Uest, dünya pop səhnəsinin ulduzu Castin Biberi müalicə edən eyni həkim tərəfindən müalicə aldığını söyləyib. Orada repçi, həqiqətən autizm olduğunu öyrənib. Vəziyyətindən danışan Kanye özünü autizm xəstəliyindən əziyyət çəkən “Yağış adamı” filminin qəhrəmanı ilə müqayisə edib və həmçinin qeyd edib ki, onun davranışlarına və bəzi ifadələrinə nəzarət edə bilmədikləri üçün bundan ən çox onun yaxınları əziyyət çəkir. 

Yeri gəlmişkən, Uest çoxdan onun autizm olduğundan şübhələnib. Belə ki, Kanye, İlon Maska verdiyi müsahibədə danışdığı pozğunluğun ilk əlamətlərini bir neçə il əvvəl hiss etdiyini bildirib. 

Seçilən
3
olay.az

1Mənbələr