Rusiya hərbçiləri xüsusi hərbi əməliyyat (Rusiya-Ukrayna müharibəsi – red.) zonasında mülki şəxslərin onlara təklif etdiyi ərzaqları itlər və pişiklər üzərində sınaqdan keçirir.
Herbiand.az bildirir ki, bu barədə Ukraynadakı hərbi əməliyyatların “Köçəri” (Кочевник) ləqəbli iştirakçısı məlumat verib.
Onun sözlərinə görə, döyüşçülər onlara təklif olunan yeməklərdən ehtiyat edirlər: “Bəzən yerli sakinlər bizi yemləyirlər, yumurta, süd gətirirlər. Biz ehtiyatla yanaşırdıq: südü əvvəlcə pişiyə və ya itə verirdik, baxırıq: hər şey yaxşıdır. Onda özümüz içirdik”.
Bununla belə o vurğulayıb ki, mülki şəxslər evlərinin təmiri və ya ağır əşyaların daşınması kimi təsərrüfat işlərində kömək üçün tez-tez Rusiya hərbçilərinə müraciət edirlər.
Bəxtiyar CƏFƏRLİ