AZ

Türkiyə Ukrayna ilə bağlı sülh təşəbbüslərinin iyun ayına qədər başlamasını gözləyir

Türkiyə yaxın gələcəkdə Ukrayna ilə bağlı sülh təşəbbüslərinin konkretləşdiriləcəyini gözləyir. Yəqin ki, bu ilin iyun ayına qədər.

Qaziler.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan “Anadolu”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, Ankara Ukraynadakı müharibənin həlli təşəbbüsünün yaxın vaxtlarda başlayacağını gözləyir.

"Biz ABŞ prezidenti Donald Trampdan bu məsələ ilə bağlı bir sıra təşəbbüslər eşidirik. Lakin Rusiya Federasiyası və ABŞ liderlərinin görüşünə qədər pərdəarxası iş və buna hazırlıq lazımdır", - Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

QAZİLER.AZ

Seçilən
1
qaziler.az

1Mənbələr