AZ

“İstəsələr bizdən də yaxşı oxuya bilərlər” - Teymur Əmrahdan bayağı ifaçılara

“Şou – biznesdə keyfiyyətsiz ifaçılar var. Keyfiyyətsiz ifaçının keyfiyyətsiz oxuduğu melodiya da var. Səs hamıda var. Damlanın da, Şəbnəm Tovuzlunun da səsi var. Şəbnəmin səsi – kolorado sopranodur. Dünyada ən zil səslərdən biridir. Manaf Ağayevin də səsi var. Zeynəb Həsəninin səsinin vurğunuyam. Onun səsi sanki bulaqdır. Nə oxuyurlar, o gözəl səslərlə onlar nə xərcləyirlər bu başqa mövzudur”.

OLAY yazır ki,  bu sözləri Əməkdar artist Teymur Əmrah qonaq olduğu “Gün ortası” verilişində deyib.

Sənətçi bildirib ki, bayağı mahnılar ifa edən müğənnilər istəsələr onun oxuduğu nəğmələri də ifa etmək iqtidarındadırlar:

“Bu günki gün adını çəkdiyim ifaçılar elə gözəl səsə sahibdirlər ki... Səs xam maldır. Sən o səslə görkəmli bəstəkarların estrada mahnı janrında oxuya bilərsən. Azərbaycanın görkəmli milli bəstəkarları var. Milli mahnı janrı – “Qaytar eşqimi”, “Sevgimiz elə bu qədərmiş”. Bu mahnılar avropa musiqisi ilə milli musiqimizin sintezidir. Amma bir də var ki, milli kolorit də yazılan mahnı. Misal üçün “Yaşa könül”. Çalğısından bilirsən ki, bu mahnı sırf muğam ladına yaxındır. Bütün musiqilərin kökü muğamdır. Onlar onu da oxuya bilərlər, bu gün bunu da oxuyurlar. Amma onlar niyə bu gün bu mahnıları oxuyurlar? Bunun açarı nədir? Savadlı musiqiyə xidmət edən insanlar bu günki müğənnilər kimi yaxşı yaşaya, dolana bilmirlər. Mən sovet məktəbi görmüşəm. Mən opera deyil, kamera vokal musiqisini bitirmişəm. O ifaçılar bu gün fikirləşirlər ki, həyata bir dəfə gəlmişəm, mən gözəl həyat yaşamaq istəyirəm. İstəyirəm ki, yaxşı evim, avtomobilim olsun. Övladımın nəyəsə ehtiyacı olanda onu ödəyə bilim. Yəni bir sözlə qazanc... Biznes artıq budur. Mən bayağı mahnılar oxuyan müğənniləri qınamıram. Bu gün bizim aldığımız maaş onların qazandığı qədər deyil. Amma bu mənim şəxsi işimdir. Bu gün ucuz yemək yeyərik amma o cür mahnıları oxumarıq. Mən, Azər Zeynalov və sairə peşəkar müğənnilər buna sadiq qalmışıq. Biz belə mahnılar ifa etmək istəmirik. Amma o bayağı mahnılar oxuyan ifaçılar istəsələr bizim ifa etdiyimiz peşəkar bəstələri də oxuya bilərlər”.

Seçilən
1
olay.az

1Mənbələr