AZ

Rusiya müdafiə nazirinin keçmiş müavini həbsdə qaldı

İkinci Qərb dairə hərbi məhkəməsi Rusiya müdafiə nazirinin keçmiş müavini Pavel Popovun həbs müddətinin uzadılmasını qanuni tanıyıb.

Herbiand.az bu barədə TASS agentliyinə istinadən bildirir.

Popovun müdafiə tərəfi 235-ci qarnizon hərbi məhkəməsinin qərarından apellyasiya şikayəti verməyə cəhd edib. Lakin məhkəmə apellyasiya şikayətini rədd edərək hökmü qüvvədə saxlayıb.

Rusiya müdafiə nazirinin keçmiş müavini Moskva vilayətində “Patriot” parkının fəaliyyəti üçün ayrılmış 30 milyon rublun mənimsənilməsi işində ittiham olunur. Xüsusilə, müxtəlif maddi sərvətlərin öz şəxsi bağına çatdırılmasını təşkil edib, həm də parkın vəsaiti hesabına orada tikinti işləri aparıb.

Popovun həbs müddəti 2024-cü il dekabrın 17-dən 2025-ci il martın 22-dək uzadılıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
6
herbiand.az

1Mənbələr