Gürcüstan parlamenti keçmiş prezident Mixail Saakaşvili rejiminin cinayətlərini araşdırmaq üçün komissiya yaradıb.
"Cebheinfo.az" xəbər verir ki, komissiyanın yaradılması ilə bağlı təklif edilən qərarı 83 deputat dəstəkləyib, heç kim qarşı çıxmayıb.
Bu qərar parlamentin iclasında qəbul edilib və iclasın gedişi canlı yayımda parlamentin rəsmi saytında yayımlanıb.
Saakaşvili Gürcüstanın prezidenti olduğu dövr (2004-2007, 2008-2013) boyunca baş verən hadisələrə dair araşdırma aparılacaq.