AZ

“Paşinyan Ermənistan ordusunu özünə xidmət edən obyektə çevirib”

“Təəssüf ki, orduda bu vəziyyətə qarşı səssiz narazılıq əlamətləri görünmür”.

Bunu Ermənistanın “Milli Təhlükəsizlik” partiyasının sədri Qarnik İsaqulyan deyib.

Onun sözlərinə görə, təbii ki, orta və aşağı zabit heyəti ilə görüşlərdə dəhşətli narazılıqlarını bildirirlər, amma elita bir növ indiki hakimiyyətin gündəliyinə uyğunlaşıb və ona xidmət etmək üçün hər şeyi edir.

“Bunu Nikol Paşinyana kimin təklif etdiyini söyləmək çətindir, amma o, ordu elitasının ona tabe olması üçün addımlar atır. Baş Qərargah rəisinin Yerablurda dedikləri və ya nazir Papikyanın dedikləri ordu ilə heç bir əlaqəsi olmayan fikirlərdir”, - deyə İsaqulyan qeyd edib.

İsaqulyan bildirib ki, Paşinyan Ermənistan ordusunu özünə xidmət edən obyektə çevirib.

Seçilən
9
herbiand.az

1Mənbələr