AZ

DİQQƏT! BU ƏRAZİLƏRƏ qar yağacaq - BAKIYA İSƏ....

Bu il ötən ildən fərqli olaraq Bakıda qış nisbətən mülayim davam edir.  Nəzərə alsaq ki, hələ də Bakıya bu il ərzində qar yağmayıb. Ölkəmizdə və paytaxtda qış fəslinin belə keçməsinə səbəb nədir?  Son illərdə Bakıda qar yaz həddən artıq olur ya da tamamilə müşahidə edilmir. Bunun səbəbi nədir? Yaxın gələcəkdə Bakıda qar gözlənilirmi?  


Mövzu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova Referans.az-a açıqlamasında bildirib ki,  iqlim dəyişmələrinin təsiri ildən-ilə artmaqdadır. Bu təsir yanvar ayında da yan keçməyib. Milli Hidrometeorologiya Xidməti tərəfindən 2025-ci ilin yanvar ayında temperaturun iqlim normasından yüksək olacağı haqqında aylıq proqnozda məlumat verilib. 2025-ci ilin yanvar ayında Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturu 7.1 dərəcə isti qeydə alınıb, bu da iqlim normasından 2.7 dərəcə yüksəkdir. Ay ərzində 30 gün temperatur iqlim normasından yuxarı, 1 gün isə normadan aşağı olub.


Xidmət rəisinin müavini onu da qeyd edib ki, bu ilin yanvar ayı ərzində ən yüksək temperatur Bakıda və Abşeron yarımadasında 16 dərəcə, bölgələrdə isə 18 dərəcə isti qeydə alınıb. Əvvəlki illərdə də belə anomal temperatur şəraiti izlənilib. Belə ki, 2013-cü ildə yanvar ayında havanın maksimal temperaturu Aran rayonlarında 22 dərəcəyədək yüksəlib. Abşeron yarımadasında isə 2019-cu ilin yanvarında 20 dərəcə isti qeydə alınıb. Məlumat üçün qeyd edək ki, 2024-cu ilin dekabr ayında Abşeron yarımadasında qarlı hava şəraiti qeydə alınıb. Çoxillik məlumatlara əsasən qeyd edə bilərik ki, 2004 və 2005-ci illərdə paytaxda qar müşahidə edilməyib.




"Ölkə ərazisində yaxın günlərdə gözlənilən hava şəraiti: Fevralın 06-07-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində fasilələrlə yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 5-7° isti olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 5-9° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 9-14° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var", - deyə Gülnarə Abbasova qeyd edib.


Bünyamin Bünyadzadə

Referans.az" target="_blank" style="background-color: rgb(255, 255, 255);">Referans.az

Seçilən
27
referans.az

1Mənbələr