AZ

USAID bütün işçilərini məzuniyyətə göndərir

Bu barədə agentliyin saytındaməlumatyerləşdirilib. Bildirilir ki, bu qərar kritik mövqelərdəki işçilərə, habelə xüsusi proqramların rəhbərləri və heyətinə aid deyil.

"ABŞ-dən kənarda xidmət göstərən işçilər üçün Dövlət Departamenti ilə koordinasiyalı şəkildə fəaliyyət planı hazırlanır. Həmin şəxslərin 30 gün ərzində ABŞ-yə ödənişsiz surətdə qaytarılmalarını həyata keçirəcək. Eyni zamanda, vacib sayılmayan vəzifələr üçün əmək müqavilələrinə xitam veriləcək. Tibbi ehtiyaclar, ailəvi problemlər, təhsil məsələləri ilə əlaqədar fərdi hallar üzrə istisnalar nəzərə alınacaq" , - məlumatda deyilir.
USAİD-in çöküşü erməni təşkilatlarında çaşqınlıq yaradıb

USAID 1961-ci ildə digər ölkələrə humanitar yardım göstərmək üçün yaradılmış təşkilatdır. Yanvarın 20-də ABŞ Prezidenti Donald Tramp USAID-in fəaliyyətini 90 gün müddətinə donduraraq, təşkilatın proqramlarına yenidən baxılmasına göstəriş verib.

Firudin Həmidli
AzVision.az
Seçilən
0
azvision.az

1Mənbələr