ABŞ prezidenti Trampın Quantanamo həbsxanasına qeyri-qanuni mühacirlərin göndərilməsi ilə bağlı imzaladığı fərman icra edilib.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, bunu ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem açıqlayıb. Sosial media hesabında ABŞ əsgərlərinin və əlləri qandallıların fotosunu paylaşaraq inkişafı ictimaiyyətə açıqlayan Noem deyib: “Prezident Tramp bu mövzuda çox açıq danışdı. Ən pisin ən pisi Quantanamoda keçiriləcək. Bu praktika bu gün başladı”.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Pentaqona və Daxili Təhlükəsizlik Departamentinə Quantanamoda 30 min nəfərlik müəssisə yaratmağı tapşırıb. ABŞ Müdafiə Naziri Pete Hegseth bu obyektin immiqrantlar üçün mükəmməl bir ərazi olduğunu deyib. Fevralın 2-də ABŞ dəniz piyadaları Quantanamo həbsxanasını qeyri-qanuni mühacirlər üçün hazırlamaq üçün buraya gəlib.
//Gülnarə Abasova, Editor.az