Məşhur blogger liposaksiyadan sonra ölüb.
TikTok ulduzu Denisse Reyes Meksikada liposaksiya əməliyyatından sonra ürək tutmasından vəfat edib.
AzPost xəbər verir ki, bu barədə “The Mirror” yazır.
Əməliyyat yanvarın 26-da keçirilib. Prosedurdan az sonra qız özünü pis hiss edib. Liposaksiya əməliyyatının aparıldığı klinikada reanimasiya şöbəsi olmadığı üçün o, başqa xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Lakin onlar bloqqerə heç bir şəkildə kömək edə bilməyiblər. Reyes ailəsi hesab edir ki, əməliyyatı həyata keçirən həkim səriştəsiz olub və ölümə səbəb venadaxili inyeksiyalara mənfi reaksiya ola bilər.
Yaxınları klinika ilə bağlı problemləri həll etmək üçün vəkil tutublar.