Hurriyyet.az xəbər verir ki, Portuqaliya millisinin və "Əl-Nasr"ın hücumçusu Kriştianu Ronaldunun 40 yaşı tamam olub.
Futbolçu karyerası ərzində bu günə qədər 923 qol vurub: klub səviyyəsində 788 dəfə, Portuqaliya millisinin heyətində isə 135 dəfə fərqlənib.
Ronaldo “Sportinq”, “Mançester Yunayted”, “Real Madrid”, “Yuventus” və “Əl-Nasr” klublarında çıxış edib. Ən çox "Kral klubu"nun heyətində olub, komandanın bütün turnirlərdəki 438 qarşılaşmasında iştirak edərək, 450 qol vurub və 131 məhsuldar ötürmə verib.
40 yaşlı futbolçu 5 dəfə "Qızıl top"u və 5 dəfə də Çempionlar Liqasını qazanıb. 2016-cı ildə Ronaldo Avropa çempionu olub.
Hürr Tərcüman