AZ

Tayvan ABŞ-dan 6 ədəd E-2D Advanced Hawkeyes təyyarəsi alacaq

Tayvan hərbi idarəsi 6 ədəd Amerika E-2D Advanced Hawkeye havadan erkən xəbərdarlıq və nəzarət təyyarəsi almaq niyyətindədir.

Herbiand.az bildirir ki, bu barədə “Taipei Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bu təyyarələr Tayvan ordusunda xidmətdə olan köhnəlmiş E-2K Hawkeyes-i əvəz edəcək.

Tayvan adasının Hərbi Hava Qüvvələri E-2 təyyarəsindən istifadə etməkdə böyük təcrübəyə malikdir. Belə ki, 1995-ci ildə 4 ədəd E-2T nəqliyyat vasitəsi alınıb və 2013-cü ildə E-2K modelinə təkmilləşdirilib. 1999-cu ildə ada daha iki E-2K təyyarəsi sifariş edib və 2005-ci ildə sərəncamda olub.

Mənbə bildirib ki, Tayvan Hərbi Hava Qüvvələri uzun müddətdir ki, E-2D Advanced Hawkeye təyyarəsinin ən təkmil versiyasına baxır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
2
herbiand.az

1Mənbələr