AZ

NADA ilə AMADA arasında görüş

Almaniyanın Milli Antidopinq Agentliyi (NADA Almaniya) ilə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbərliyi arasında Bonn şəhərində fikir mübadiləsi məqsədilə görüş keçirilib.

Futbolpress.az xəbər verir ki, görüşdə strategiyalar, təhqiqat və araşdırmalar sahəsində ən yaxşı təcrübələrin mübadiləsi haqqında müzakirələr aparılıb. “NADA Almaniya” AMADA-nın təhqiqat və araşdırmalar sahəsində fəaliyyətinin daha da inkişaf etdirilməsinə fəal dəstək göstərir.

Ümumdünya Antidopinq Agentliyinin (WADA) “WADA Partner Proqramı” çərçivəsində ötən il “NADA Almaniya” və AMADA tərəfdaşlığa başlayıb. Bu proqramın məqsədi dünyada antidopinq sahəsində vahid standartların təşviq edilməsidir.

Seçilən
0
8
futbolpress.az

10Mənbələr