AZ

Ruslan Abışov cəzalandırılıb

Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov cəzalandırılıb.

İdman.biz xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

“Turan Tovuz”un məşqçisi Misli Premyer Liqasında XXI turun “Səbail”lə ev oyunundakı davranışına görə cəza alıb. O, matçın 45+3-cü dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə görüb.

Abışov 1-i şərti olmaqla 2 oyun cəzalanıb. “Turan Tovuz” 1500 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.

İdman.biz

Seçilən
1
idman.biz

1Mənbələr