AZ

Antiterror əməliyyatları zamanı şəhid olan Tuncay Əlizadənin anası vəfat edib

2023-cü ilin Antiterror əməliyyatları zamanı şəhid olan Tuncay Əlizadənin anası Rəna Əliyeva vəfat edib.

QHT.az xəbər verir ki, bu barədə məlumatı "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi yayıb. 

Qeyd edək ki, 2004-cü il təvəllüdlü XTQ əsgəri Tuncay Əlizadə 20 sentyabr 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri zamanı Ağdam rayonunun Sırxavənd kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Şəhidimiz ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

QHT.az olara mərhuma Allahdan rəhmət diləyir, ailəsinə və sevənlərinə dərin hüznlə başsağlığı veririk.

Seçilən
1
qht.az

1Mənbələr