![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/2/5/1/da09b4ea-09e0-46fc-9e9e-aaf5342f0ce0/serxanhaciyev-yeni.jpg)
“Hazırda milli yığma komandaya böyük məbləğli bonuslar verilmir və konkret olaraq deyim ki, verilməsi də nəzərdə tutulmur”.
Yeniavaz.com xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev “CBC Sport”a verdiyi müsahibədə bildirib.
Federasiya rəsmisi bunu jurnalistin yerli futbolçulara əvvəlki illərdə olduğu kimi hətta məğlub olduqda belə başgicəlləndirici mükafatların verilib-verilməyəcəyi ilə bağlı sualına cavab verərkən deyib.