AzVision.az xəbər verir ki, “İravunq” qəzeti hakim partiyadakı mənbələrə istinad edən “İravunq” qəzetinin yazdığına görə, Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə bir neçə tərəfdaşına“dolayı şəkildə”deyib.
“Paşinyan “Vətəndaş Müqaviləsi” partiyasının təmsilçilərinə açıq şəkildə bildirib ki, onlar fors-major şəraitdə hakimiyyəti saxlamağa hər an hazır olmalıdırlar. O, hətta ən pis ssenaridə seçki siyahısına şəxsən başçılıq etməyəcəyinə, lakin “öz” adamının bu rolu oynaycağına eyham vurub”, - nəşr yazır.
Qəzetin iddiasına görə, bu xəbərdən “şoka düşən”hakim partiyanın üzvləri onların liderinin kimi “qurban verə biləcəyi” barədə suala cavab axtarırlar.
Qeyd edək ki, yanvarın 25-də Paşinyan ölkənin İctimai televiziyasına müsahibəsində Ermənistan hakimiyyətinin növbədənkənar seçkilər keçirməyi planlaşdırmadığını bildirib.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta